Komissiya haqqı və ilk ayın ödənişini tələb edirlər - Saxta BOKT-larla bağlı hansı tədbirlər görülür?

Komissiya haqqı və ilk ayın ödənişini tələb edirlər - Saxta BOKT-larla bağlı hansı tədbirlər görülür?

Son zamanlar kibercinayətlərin sayı olduqca artıb. Yeni üsullardan biri də, kredit təşkilatı adı ilə insanlara kreditlə pul təklif edirlər. Hətta Mərkəzi Bankın lisenziya sənədini kopyalayıb vətəndaşlara göndərirlər. Belə dələduzlardan biri də “Zəfər Bokt”dur.

 

Onlar həm instagram, həm də votsap üzərindən insanları aldadıb pulunu mənimsəyirlər. Kredit vermək üçün vətəndaşlardan komissiya haqqı və kreditin ilk ayının ödənişini tələb edirlər. Vətəndaşlar həmin pulları dələduzların kartına köçürdükdən sonra bloka atılır. Artıq, bu ssenari bizə çox tanışdır. Çünki bu hadisələrlə təəssüf ki, tez-tez rastlaşırıq.

 

Bəs bu dələduzlara qarşı hansı tədbirlər görülür?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, ümumiyyətlə kibercinayətkarlığa qarşı mübarizə qlobal bir problemdir.

 

“Çünki o, bir çox hallarda transmilli xüsusiyyət daşıyır. Kibercinayətlər ölkənin hüdudlarından kənarda olur və onları tapmaq çox çətindir. Qlobal səviyyədə kibercinayətkarlığın qarşısının alınması istiqamətində görülən işlər effektiv səviyyədə deyil. Bu məsələ ilə bağlı həm Cinayət Məcəlləsində həm də İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar, cəzalar nəzərdə tutulub. Cinayət Məcəlləsinin 273.1 maddəsi kibercinayətlərin törədiməsi üçün hazırlanmış vəsaitlərin dövriyyəsi ilə bağlıdır. Dələduzluğun səviyyəsindən və vurulan ziyanın miqdarından asılı olaraq cəza müddəti artır”.

 

Hüquqşünas bildirib ki, bu cinayətkarların yaxalanması çox çətin məsələdir.

 

“Kart məlumatlarının, şəxsiyyət vəsiqəsinə xas bilgilərin kimliyi bəlli olmayan şəxslərlə bölüşdürülməsi məsləhət görülmür. Həmin dələduzlar insanların vəsiqələrindən də istifadə edərək dələduzluq edə bilərlər. Məhz bu baxımdan onlayn şəkildə şəxsi məlumatlar paylaşılmamalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb - İDDİA

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.   Sfera.az&nbs...

Bu bürclər diqqətli olmalıdır - Gərginlik artacaq

Bu gün səmada dinamik və güclü enerjilər hökm sürür. Ayın Əqrəb bürcündə olması emosional dərinlik və ehtiraslı reaksiyalara zəmin yaradır. Bu, həm də gözlənilm...

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.  ...

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNUR?

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrlə bağlı ayrı bir qanun layihəsi var. Burada söz və fikir azadlığının məhdudlaşdırılması nəzərdə tutulmu...

Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə

ABŞ-da Demokratlar Partiyasından olan konqresmen Riççi Torres Prezident Donald Trampın Qətər kral ailəsindən dəyəri 400 milyon dollar olan "Boinq 747-8&quo...

Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi açıqlamalarda, müsahibələrində irəli sürdüyü tezislər hər zaman diqqət mərkəzində olur. Ölkə...