Ən baha transfer kimi tarixə düşən Neymar kimdir? - MARAQLI FAKTLAR

Ən baha transfer kimi tarixə düşən Neymar kimdir? - MARAQLI FAKTLAR

“Əl-Hilal” klubunun və Braziliya millisinin hücumçusu Neymarın bu gün 32 yaşı tamam olur. 

 

Sfera.az bu münasibətlə futbolçu haqqında qısa məlumatı təqdim edir:

 

Neymar peşəkar karyerasına Braziliyanın "Santos" klubunda başlayıb. O, "Santos"un heyətində 224 oyuna çıxıb və 136 qol vurub. 2013-cü ildə hücumçunun "Barselona"ya keçidi reallaşıb. Katalan təmsilçisinin forması ilə iki dəfə İspaniya çempionu olub. O, ölkə kubokunu, Superkuboku, Çempionlar Liqasını və FIFA Klublararası Dünya Kubokunu qazanıb.


2017-ci ildə Neymar 222 milyon avroya Fransanın “Paris Saint-Germain” (PSJ) klubuna transfer olunub.Bu qiymət ən baha transfer kimi tarixə keçib. PSJ-də 10 nömrəli formanı geyinən Neymarın illik qazancı 43 milyon avro idi.

 

Altı il sonra - keçən yay Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transfer olundu. Lakin çox keçmədi ki, şans futbolçudan üz döndərdi. Belə ki, 2023-cü ilin oktyabrında hücumçu dizinin ön çarpaz bağını zədələdi və əməliyyat olundu. 

 

"Sambaçı" zədə səbəbilə mövsümün sonuna qədər yaşlı meydanlardan uzaq qalmalı olacaq.

 

32 yaşlı braziliyalının bazar dəyəri hazırda 45 milyon avro qiymətləndirilir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR