Borcu geri ala bilmədikdə nə etmək lazımdır? - "Əgər müqavilə olmazsa..."

Borcu geri ala bilmədikdə nə etmək lazımdır? -

Borc vermək və borc almaq ifadələri ilə gündəlik həyatda tez-tez rastlaşırıq. İnsanların əksəriyyəti borc verdikdən sonra pulunu geri ala bilmir.

 

Bəs bu kimi hallarla rastlaşmamaq üçün borc verən və borc alan zaman nələrə diqqət etməliyik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan vəkil Vamiq Şükürov bildirib ki, borc alan öz maddi vəziyyəti ilə əlaqədar aldığı borcu vaxtında qaytara bilmir.

 

“Kiməsə borc verən zaman notariat qaydada müqavilə bağlanmalıdır. Gələcəkdə müəyyən bir problem olan zaman məhkəmə qaydası ilə borcu geri almaq mümkündür. Həmin müqavilədə müəyyən bir müddət göstərilir. Həmin müddət ərzində borc alan pulu hissə-hissə ödəməlidir. Qanunvericiliyə görə, 3000 manatdan çox borc verərkən yazılı müqaviləyə üstünlük verilməlidir. Şifahi müqavilə bağlayan zaman isə şahidlərin olması önəmli faktordur”.

 

Vəkil bildirib ki, borc verən şəxs pulunu geri ala bilmədikdə məhkəməyə müraciət edərək iddia ərizəsi yazır.

 

“Əgər borc verənlə borc alan arasında müqavilə olmazsa, bu zaman şikayətçi şəxs vəkilə müraciət etməlidir. Vəkil müəyyən sənədləri toplayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR