Namizədlərdən narazı qalan Kılıçdaroğlu CHP-lilərə ÇAĞIRIŞ ETDİ: "Başqa partiyalardan..."

Namizədlərdən narazı qalan Kılıçdaroğlu CHP-lilərə ÇAĞIRIŞ ETDİ:

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 7-ci sədri Kamal Kılıçdaroğlunun Ankaranın Mustafa Kamal rayonundakı ofisinə gələnləri istefadan yayındırdığı bildirilib. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP Ümumi Qərargahına gedən təşkilatların və partiya üzvlərinin ikinci ünvanı Kılıçdaroğlunun ofisi olub.

 

Kılıçdaroğlunun onu ziyarətə gələn, partiyadan çıxmaq istəyən və başqa partiyadan namizəd olmaq istəyən partiya üzvlərinə “Partiyanın uğuru üçün çalışın. İstefa verməyin. Partiyada qalın. Başqa partiyalardan namizəd olmayın. CHP güclü qalmalıdır" dediyi vurğulanıb.


Kılıçdaroğluya yaxın kadrlar onun istefa vermək istəyən bir neçə millət vəkilinin istefasının qarşısını aldığını bəyan edib. Partiya lobbilərində “Kılıçdaroğluya yaxın adların ləğv edildiyi” iddiası irəli sürülsə də, Kılıçdaroğlunun yaxın ətrafı da “ona yaxın adların bilərəkdən irəli sürülmədiyini” düşünüb. O, namizədlərdən narahatdır. Xüsusən də izmirli namizədlərdən razı deyil. 

 

Kılıçdaroğlunun yaxın ətrafı “İttifaqın dağılması və qüvvələr birliyi Kamal bəyi çox narahat edir” deyərək, bu cür qiymətləndirmələr edib:

 

“Təkcə altılı masa deyil, böyük səylə bir araya gətirilən sosioloji seqmentlər, siyasi seqmentlər və ictimaiyyət də bir-birindən ayrılır. Bu, Kamal bəyi narahat edir. O, parlamentdə büdcə danışıqlarının zəif getdiyini düşünür".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR