Bayden təkbətək söhbətdə Netanyahunu təhqir edib? - Nəşrin SENSASİON İDDİASI

Bayden təkbətək söhbətdə Netanyahunu təhqir edib? - Nəşrin SENSASİON İDDİASI

Baydenin israilli həmkarı Benyamin Netanyahu ilə bağlı işlətdiyi cümlə müzakirə obyekti olub.

 

Sfera.az “Politico” nəşrinə istinadən bildirir ki, liderlər arasında gərginlik yaranıb.

 

İddialara görə, Bayden şəxsi söhbətləri zamanı Netanyahuya “lənətə gəlmiş pis adam”, deyə səslənib. Nəşrə görə, Ağ Ev rəhbəri administrasiyadakı hər kəs kimi, İsrailin Baş nazirindən də şübhələnir.

 

“İsrail hökumətinin məhkəmə islahatları planı, ifrat sağçı üzvlərinin davranışı və Qəzza ilə bağlı qərarları müəyyən fikir ayrılıqları yaradıb. Bu konteksdə Bayden və Netanyahu arasında son bir ildə gərgin münasibətlər olub. 2023-cü ilin əvvəlində ABŞ prezidenti israilli həmkarını ölkəni bürüyən kütləvi etirazlar fonunda məhkəmə islahatı planından "uzaqlaşmağa" çağırıb. Amma o, xaricdən gələn təzyiqlərə əsaslanan qərarlar verməyəcəyini bildirib. Bundan əlavə, Bayden administrasiyasının Qəzza zolağı ilə bağlı məsələlərdə Netanyahu ilə fikirləri toqquşub”, - nəşr vurğulayıb.

 

Ağ Evin sözçüsü Endryu Bates isə Baydenin Netanyahuya qarşı işlətdiyi ifadəni təkzib edib. O, öz növbəsində nəşrə bildirib ki, ABŞ prezidenti belə bir söz deməyib və deməyəcək. Endryu əlavə edib ki, liderlər arasında hörmətli münasibət var.

 

Günay


OXŞAR XƏBƏRLƏR