Aİ-dən Rusiyaya qarşı yeni SANKSİYA PAKETİ - Bu qadağa DAXİL EDİLMƏDİ

Aİ-dən Rusiyaya qarşı yeni SANKSİYA PAKETİ - Bu qadağa DAXİL EDİLMƏDİ

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümünə, fevralın 24-nə kimi Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketini qəbul etməyi planlaşdırır. 


Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" qəzeti məlumat yayıb.

 

“Bu, 13-cü sanksiya paketi olacaq... Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır... Bu, Aİ-dəki aktivləri dondurulmalı olan şəxslərin və qurumların siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyi nəzərdə tutur”, - nəşr bildirib.

 

Qeyd olunur ki, Aİ 200 nəfəri və şirkətləri siyahıya daxil etməklə sanksiyaları “əhəmiyyətli dərəcədə genişləndirmək” niyyətindədir.

 

Bundan əvvəl, Fransada “Patriotlar” hərəkatının lideri Florian Filippot ucuz qaza çıxışı bərpa etmək üçün Fransanın Rusiyaya qarşı sanksiyalarının ləğvinin zəruriliyi barədə fikir bildirib.

 

Qeyd olunub ki, Avropa Komissiyası hazırlanmaqda olan 13-cü anti-Rusiya sanksiyalar paketinə Rusiyadan mal idxalına yeni qadağalar əlavə etmək niyyətində deyil.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR