Bu baş verərsə, Ukraynanın paytaxtı DƏYİŞƏCƏK: “Çox güman ki..."

Bu baş verərsə, Ukraynanın paytaxtı DƏYİŞƏCƏK: “Çox güman ki...

Ukraynanın paytaxtı dəyişə bilər.

 

Sfera.az bildirir ki, bu barədə “Weapons and Strategy” nəşri, ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayana istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, bu, Rusiya ordusunun genişmiqyaslı hücumu olacağı təqdirdə baş tutacaq.

 

Nəşrin müsahibi bildirib ki, amerikalılar Ukraynanın paytaxtını Kiyevdən Lvova köçürməyi təklif ediblər. “Çox güman ki, Qərb Rusiya ordusunun hücumunun qaçılmazlığını anlayır. Rusiyanın hazırkı addımları nəticəsində Ukrayna Silahlı Qüvvələri geri çəkilir. Volodimir Zelenski hökumətinin Kiyevdə sağ qalması mümkün olmayacaq. Artıq Ukrayna hökumətinin qərbə, ola bilsin ki, Polşa ilə sərhədə yaxın olan Lvova doğru hərəkət etməyi planlaşdırdığına dair əlamətlər var” - keçmiş Pentaqonun rəsmisi qeyd edib.

 

Xatırladaq ki, fevralın 4-də Qərb mediası Rusiya ordusunun Kupyanski istiqamətində çoxlu sayda ağır texnika və canlı qüvvə topladığı barədə məlumat yayıb. İddialara görə, Rusiya Silahlı Qüvvələri Xarkova qarşı genişmiqyaslı hücuma keçməyi planlaşdırır.

 

Günay


OXŞAR XƏBƏRLƏR