"Bu müddətə III Dünya müharibəsi başlayacaq..." - HƏYƏCAN TƏBİLİ 

"Amerikanın hazırkı lideri Co Baydenin prezidentlik müddəti başa çatmadan üçüncü dünya müharibəsi başlaya bilər". 


Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti və 2024-cü il seçkilərinə namizəd Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

 

“9 ay uzun müddətdir. Çox böyük ehtimal var ki, hətta onun səlahiyyət müddəti başa çatmamış üçüncü dünya müharibəsi ilə üzləşəcəyik. Çünki o, öz işini görmür”, – Ağ Evin keçmiş rəhbəri bildirib.

 

Onun sözlərinə görə, Baydenə hörmət edilmir. Siyasətçi üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyi üçün bütün dünyada ona gülürlər.

 

Qeyd edək ki, daha əvvəl Tramp yenidən seçiləcəyi təqdirdə, ilk işinin ölkə sərhədlərini bağlamaq və qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlamaq olduğunu bildirib. Siyasətçi vurğulayıb ki, “kütləvi deportasiyanı təşkil etmək” lazımdır.

 

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçilə bilər.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR