Skuterlərə qadağa qoyulur? - Ekspertdən cəzalarla bağlı AÇIQLAMA

Skuterlərə qadağa qoyulur? - Ekspertdən cəzalarla bağlı AÇIQLAMA

Son vaxtlar ölkəmizdə məşhurlaşan yeni nəqliyyat vasitələrindən biri də skuterlərdir. Hətta artıq "Bolt"un da skuterləri var və istənilən adam sifariş verə bilər. Təəssüf ki, skuterlərin idarəetməsindən anlayışı olmayan adamlar da kifayət qədərdir. Bu nəqliyyat vasitəsinin istifadəsi haqqında məlumatsız olan vətəndaşlar isə yollarda qəza şəraiti yaradırlar.


Bəs skuterlər barədə qanunvericilikdə hansısa qaydalar olmalıdırmı?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda skuterlərlə bağlı qanunvericilikdə boşluq var:


“Yol hərəkəti haqqında” qanunda skuterlə bağlı hər hansısa anlayış yoxdur, adı çəkilmir. Piyadanın, velosiped, ya da moped sürənin cəzasını skuterlərə şamil etmək mümkün deyil. Bu da bəzi insanlara imkan verir ki, yollarda istədiyi kimi davranış nümayiş etdirsinlər”.


E.Muradlı hesab edir ki, qanunvericiliyə bir daha baxmaq lazımdır:


“Skuterlərin hərəkəti və skuter sürücülərinin məsuliyyəti barədə orada konkret qeydiyyat işləri aparılmalıdır. Eyni zamanda, qayda pozuntularına görə cəzalar da müəyyənləşdirilməlidir”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR