Balakəndə dördotaqlı ev yandı

Balakəndə dördotaqlı ev yandı

Balakəndə yaşayış evi yanıb.

 

Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Yüzbaşiyeva Səlihət İbey qızına məxsus evdə baş verib.

 

Hadisə yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 4 otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

 

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.


OXŞAR XƏBƏRLƏR