"Google" Rusiyanı məhkəməyə verdi
Dünya
12:23 / 19.11.2016
1194
"Google" internet şirkəti Rusiyanın Antiinhisar xidmətinə qarşı iddia qaldırıb.
Sfera.az Ölkə.Az-a istinadən xəbər verir ki, "Google" Moskva arbitraj məhkəməsinə şikayət ərizəsi ünvanlayıb.
Şikayətin səbəbi Rusiyanın adı çəkilən dövlət qurumunun "Google"ni 1 milyon rubl məbləğində cərimələməsi olub. Cərimələməyə səbəb isə "Google"nin internet bazarında öz üstünlüyündən sui-istifadə etməsi olub. Mübahisə "Yandex" ilə "Google"nin arasında "ОС Android"in üstündə yaranıb. Antiinhisar xidmətinə şikayət edən "Yandex"in şikayətinə baxan qurum "Google"ni 1 milyon rubl məbləğində cərimələyib.