Ukraynanın raket zərbəsi nəticəsində 28 nəfər öldü

Ukraynanın raket zərbəsi nəticəsində 28 nəfər öldü

Ukraynanın Luqansk vilayətinin işğal altındakı Lisiçansk şəhərində raket zərbəsi nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qondarma vilayət rəhbəri açıqlayıb.

 

Xatırladaq ki, ötən gün işğal altındakı Luqansk vilayətinin qondarma rəhbərliyi nəzarəti altındakı Lisiçanskda çörəkxanaya zərbə endirildiyini açıqlayıb. İşğalçı qüvvələr Ukraynanı ittiham edərək rəsmi Kiyevin HIMARS-dan istifadə etdiyini iddia edib.

 

Ukrayna ittihamlara cavab verməyib.

 

Qeyd edək ki, 2022-ci il iyulun 3-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Lisiçansk şəhərini zəb etdiyini açıqlayıb. Şəhər uğrunda davam etmiş döyüşlər ərzində yaşayış məntəqəsi qismən dağılıb. Savaşdan öncə 100 mindən çox əhalisi olan şəhərdə, Rusiya rəsmilərinin məlumatına görə, cəmi 40 minə yaxın insan qalıb.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...