İsa Məsihin şəkli qalmaqala səbəb oldu - Homoseksual kimi təsvir edildi?

İsa Məsihin şəkli qalmaqala səbəb oldu - Homoseksual kimi təsvir edildi?

İspaniyada İsa Məsihin təsviri olan plakatla bağlı qalmaqal yaranıb.
 

Sfera.az bildirir ki, məşhur ispan rəssamı Salustiano Garcia Cruz tərəfindən Müqəddəs Pasxa Həftəsi üçün poster hazırlanıb. Salustiano Məsihi gənc, gözəl və tikanlı tacı olmadan təsvir edib. Bu da böyük bir dini qalmaqala və möminlərin qəzəbinə səbəb olub.


Poster “Consejo de Hermandades de Sevilla” tərəfindən 2 fevral 2024-cü il dərc edilmişdir. Üzərində təsvir olunan İsa ümumi qəbul edilən tərzdən təəccüblü şəkildə fərqlənib. Belə ki, rəssam İsanı tikan tacı və çarmıxa çəkilmiş yaraları olmadan çəkib. Onun təsvir etdiyi İsa gənc və gözəldir, başı qızıl tacla bəzədilmişdir. Yalnız əllərindəki kiçik çapıqlar onun əzablarını xatırladır. İnsanlar İsa Məsihin homoseksual kimi təsvirindən narazıdırlar. Tənqidçilərartıq posterin moda jurnallarının üz qabığına çevriləcəyini bildiriblər.


Plakat Sevilyada Pasxa bayramı ərəfəsində məşhur və son dərəcə populyar Müqəddəs Həftə yürüşlərini təşkil edən “Qardaşlıqların Baş Şurası” tərəfindən sifariş və təsdiq edilmişdir.


Rəssamın baş geyimi ideyasını götürdüyü çarmıx “Diadem” isə məşhur kilsələrin birindəki Məsihin baş geyiminin surətidir.
Məsih üçün model Salustianonun oğlu Horacio olub. Gənc oğlan özü afişadakı sərt reaksiyadan təəccüblənib.


Salustiano oğlu Horacio ilə



"Bu qalmaqal bizi təəccübləndirdi. Nə etmişiksə, sevgi və hörmətlə etmişok" - Horacio deyib.


Afişa sosial mediada da fırtınaya səbəb olub, bəziləri bunu Məsihin fiquruna təhqir adlandırıb, digərləri isə şəkli ələ salan əxlaqsız ifadələr və capslardən istifadə edib.


Qeyd edək ki, İspaniya əsasən katolikdir. Burada nikahlar, vəftizlər və dini paradlar kimi kilsə ənənələri həm dindarlar, həm də inanmayanlar arasında son dərəcə populyardır. Ölkə üzrə təxminən 14 000 nəfər İsanın posterini protest etmək üçün Change.org kampaniyasına imza atıb.


Rəssam özü əsərini müdafiə edib və onun innovativ yaradıcılığını tənqid edənləri “köhnəlik” adlandırıb.



"Rəsmdə inqilabi heç nə yoxdur. Müasirlik var, amma mənim istifadə etdiyim bütün elementlər müqəddəs sənətdə son yeddi əsrdə istifadə olunan elementlərdir. Mən başa düşə bilmirəm ki, insanlar hansı məqamda, hansı elementdə tənqid etdikləri posteri bəyənmirlər"-deyib.


Başqa bir müsahibəsində rəssam mühafizəkar qrupların təsvir olunan İsada sanki qadına xas əlamətlərin, posterin özünün isə “homoerotik” olması ilə bağlı tənqidlərinə cavab verib.


"Çünki o, yaraşıqlı görünür və yaraşıqlıdır. Biz 21-ci əsrdə yaşayırıq" dedi Qarsiya.


Keçən illərdə müxtəlif katolik bayramları üçün bəzi afişalar tənqidlərə görə silinsə də, Ümumi Şura martın sonundakı Müqəddəs Həftə ərəfəsində pankartı dəyişdirmək çağırışlarına hələ də məhəl qoymur.


Sevilya meri Xose Luis Sanz isə bütün mübahisələri “süni” adlandırıb.


"Afişadan xoşum gəlir. Bəzi afişalar daha riskli, bəziləri daha klassik, bəziləri daha cəsarətlidir"- deyə o, yekunlaşdırıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR