Ətin idxalı ucuzlaşdı, bəs bazarda vəziyyət niyə dəyişmir? - VİDEO

Ətin idxalı ucuzlaşdı, bəs bazarda vəziyyət niyə dəyişmir? - VİDEO

Ötən il ölkəyə xaricdən 41 min 707 ton ət gətirilib. Bu məhsulların hər kiloqramı 5 manata başa gəlib.

 

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, gətirilən bu ətlərin ümumi dəyəri 148 milyon manat olub.

 

Bəs bu cür ucuz məhsul gətirilməsi niyə ölkədə ətin və ondan hazırlanan məhsulların qiymətinə təsir etməyib?

 

İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanın mal əti ilə özünü təminatı 91-92 faiz, xırdabuynuzlularda isə 97-98 faiz həcmindədir. Bununla belə, ötən il ət 20 faiz civarında bahalaşıb. Bahalaşmanın daha da çox olmaması üçün isə idxal çox vacibdir.

 

Ekspertin sözlərinə görə, idxaldan sonrakı digər rüsum və xərclər ətin maya dəyərinin artması ilə nəticələnir. Bu da təbii ki, məhsulu bahalaşdırır.

 

İqtisadçıların sözlərinə görə, xaricdən gətirilən ətin bir hissəsi Hindistanın payına düşür. Son vaxtlar həmçinin Rusiya, Ukrayna və Qazaxıstandan ətlə yanaşı, diri heyvanlar da gətirilir.

 

Mövzu ilə bağlı ətraflı "Xəzər Xəbərin" videomaterialını təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...