Qobustanda ana və övladı dəm qazından boğulub öldülər

Hadisə
21:49 / 03.02.2024
8325
Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər.
Sfera.az xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər.