Qiyamət buzlaqlarını kəşf edən sualtı qayıq itib - FOTO

Qiyamət buzlaqlarını kəşf edən sualtı qayıq itib - FOTO

Antarktida Qiyamət Buzlağını tədqiq edən 3 milyon funt sterlinq dəyərindəki pilotsuz sualtı qayıq heç bir iz qoymadan yoxa çıxıb.
 

Sfera.az bildirir ki, 7 metrlik gəmi təhlükəli buzlu ərazini tədqiq edib, lakin bir anda radarlardan itib. Qeyd edək ki, bu qayıq ekspedisiyada iştirak edən üç nadir sualtı qayıqdan biridir.


“Ran” adlı qayıq yüksək texnologiyalı sensorlar və onun uzun müddət su altında qalmasına imkan verən funksiyalarla təchiz edilmiş avtonom sualtı nəqliyyatdır
 

Okeanoqrafiya mütəxəssisi Anna Valinin sözlərinə görə, “saman tayasında iynə” axtarışları davam edir, lakin heç kim qayığın harada ola biləcəyini təxmin edə bilmir. Qayıqla bağlı arzuolunmaz hər şey baş verə, hətta batareyası belə tükənə bilər.


Pilotsuz qayıq ötən həftə sonu yoxa çıxıb. Onu yaxından izləyən alimlərdən biri onun yenidən çölə çıxmasına nəyinsə mane olduğunu bildirib.


Buz zonasına ilk səfər zamanı hər şey yaxşı keçib. Bu, 2019-cu ilə təsadüf edir. Burada iştirak edən alimlər buzlağın altına dalmağı bacaran dünyada ilk tədqiqatçılar oldular və onlara bunu etməyə kömək edən məhz itən cihaz olmuşdu. Bu, yaxından çəkilmiş şəkillər, eləcə də səthin altında baş verənlər haqqında məlumat əldə etmək üçün çox lazımdır.
 

Maraqlıdır ki, “Ran” gəmisi sualtı müəyyən marşrutu izləmək üçün proqramlaşdırılmışdır, bundan sonra o, müəyyən bir yerə qayıtmalıdır. Bu dəfə bu baş verməyib və qayıq suya çıxmayıb.

"Bu, ot tayasında iynə axtarmağa bənzəyir, lakin ot tayasının harada olduğu barədə heç bir fikir yoxdur. Bu anda artıq “Ran”ın batareyaları bitmiş ola bilər. Bizim bildiyimiz odur ki, buzun altında gözlənilməz bir şey baş verib. Biz onun qəzaya uğradığından şübhələnirik və sonra nə isə onun çölə çıxmasına mane olub”-deyə okeanoqrafiya üzrə ekspert və “Ran” tədqiqat qrupunun üzvü Anna Valin bildirib.


“Ran”ın cəmi 36 saat batareya ömrü var və tədqiqat qrupu qayığı geri qaytara biləcəklərinə ümid edir. Alimlər üçün bu tip texnologiya həyati əhəmiyyət kəsb edir, çünki o, sulardakı sərt və uzaq şəraiti öyrənməyə kömək edir.

O, həm də suyun səviyyəsinin yüksəlməsinə nəzarət etməyə kömək edir, çünki Qiyamət buzlağı əriyib çökərsə, dünya okeanlarının səviyyəsi 61 santimetr yüksələcək. Buzlağın özü ölçüsünə görə Amerika Florida ştatından daha böyükdür və onun adını nəzəri olaraq bütün dünyada dəniz səviyyələrinə böyük təsir göstərə biləcəyinə görə alır.


Alimlər uzun illərdir ki, buzlaq haqqında daha çox məlumat əldə etməyə çalışırlar, ona görə də “Ran” yoxa çıxmaması böyük itkidir.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR