Neftin qiyməti bir az bahalaşdı
İqtisadiyyat
11:10 / 19.11.2016
1342
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar artaraq 45,69 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar artaraq 46,86 dollar olub.