İmran Xan və arvadına qanunsuz nikaha görə cəza verildi

İmran Xan və arvadına qanunsuz nikaha görə cəza verildi

Pakistanın Ravalpindi şəhərinin məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Büşra Bibi islami evlilik normalarını pozduqları üçün 7 il həbs cəzasına məhkum edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti məlumat yayıb.

 

“Ravalpindi məhkəməsi keçmiş baş nazir İmran Xan və Büşra Bibi iddət nikahları ilə bağlı iş üzrə hər birini 7 il müddətinə azadlıqdan məhrum edib”, - deyə nəşr bildirib.

 

İddət, boşandıqdan sonra qadının evlənə bilməyəcəyi məcburi subaylıq dövrüdür.

 

Həmçinin, İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi yanvar ayında dövlət sirrini açıqlamaq ittihamı ilə on il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Bundan başqa, yanvarın 31-də məhkəmə korrupsiya işi üzrə sabiq baş nazir və onun həyat yoldaşına qarşı daha bir hökm çıxarıb. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...