"Universitetlərdə də tədris edilməlidir" - Ekspert yeni qərarı ŞƏRH ETDİ

Xəbər verdiyimiz kimi, “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib. Belə ki, səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas olaraq optometriya əlavə olunub. Bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcəklər. 

 

Təhsil eksperti Kamran Əsədov qərar ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, bu ixtisas universitetlərdə də tədris edilməlidir:

 

“İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kollec) Mamalıq işi, Tibbi profilaktika, Tibb bacısı (qardaşı) işi, Ortopedik stomatologiya, Müalicə masajı, Laboratoriya diaqnostikası, Əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib. Ölkədə tibbin bütün sahələri üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var. Kimlərsə 3-5 aylıq kurslar ilə apteklərdə göz müayinə və müalicəsini həyata keçirir ki, bu da bəzən ağır fəsadlara yol açır”.

 

Qeyd edək ki, optometriya gözlərin və əlaqəli strukturların qüsur və ya anormallıqlar üçün müayinəsini əhatə edən ixtisaslaşmış bir sağlamlıq peşəsidir.Optometristlər adətən hərtərəfli ilkin göz baxımı təmin edən səhiyyə mütəxəssisləridir. Onlar göz sahəsində ixtisaslaşmış, göz xəstəlikləri olan xəstələrin görmə keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan tibb işçiləridir. 

 

Optometrist peşəsi oftalmoloqla qarışdırılır. Halbuki, ikisi çox fərqli peşələrdir. Optometristlər həm də xəstələrə kontakt linzaları və eynəkləri tövsiyə etmək və satmaq hüququ olan insanlardır. Optometristlər çox vaxt özəl praktikada işləməyə üstünlük verirlər. Optometristlərin əsas vəzifəsi görmə keyfiyyətini yaxşılaşdırmaqdır.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...