Kənan MM “Tiktok”dan qazandığı MƏBLƏĞİ AÇIQLADI: "Bir qəpiyini belə..." - VİDEO

Kənan MM “Tiktok”dan qazandığı MƏBLƏĞİ AÇIQLADI:

Tanınmış rejissor, aktyor Kənan MM (Mahmudov) "Tiktok" platformasından qazandığı məbləği ilk dəfə açıqlayıb. 

 

Sfera.az yenisabah-a istinadən xəbər verir ki, "Künc-bucaq" layihəsinin qonağı olan rejissor bir il ərzində "Tiktok"dan 108 min manat gəlir əldə etdiyini deyib: 

 

"Bir gün mənə məktub gəldi ki, vergi borcum var. Bunu heç vaxt deməmişəm. Düşündüm ki, bu nə borcdur, axı mənim heç bir vergi borcum yoxdur. Mühasib gəldi və dedi ki, mənim "TikTok"a görə vergi borcum var. Sən demə, bir il ərzində mən ordan qazandıqca vergi də gəlirmiş. Sonra o vergini verdim. Məsəl var, hayla gələn, vayla gedər. "TikTok"da gələn hədiyyələrin heç biri mənim olmadığı üçün bunun fərqində idim. Halal, haramı anladığıma görə bilirdim ki, o pul mənim deyil. Həmin pulu son qəpiyinə qədər insanlara dağıdırdım. O gün telefonumdan 250-ə yaxın kart silmişəm, hamısı yardım etdiyim insanların kartı idi. Bu haqda heç vaxt danışmamışam, sadəcə üstündən bir il keçib, mövzu açıldığı üçün deyirəm. Bir ildə "Tiktok"da 108 min manat mənə pul gəlib". 

 

O, həmin pulun bir qəpiyini belə özünə xərcləmədiyini etiraf edib:

 

"Sual versəniz ki, o pul hanı? Deyərəm, yoxdur. Çünki o pul mənim olmayıb. Həmişə dua edəndə demişəm ki, mənim olmayan boğazımdan, balalarımın boğazından keçməsin, ailəmə qismət olmasın. Ona görə də, mən "Tiktok"a qazanc yeri kimi baxmıram. Oradan qazananlara da pis baxmıram, əsla kimisə qınamıram. Heç kəsin işinə qarışmaq olmaz. Allah şahiddir ki, o pulu mən istifadə etməmişəm, buradan gəlirdi, oradan gedirdi. Bu yaşımda yalan danışası deyiləm. Mənə görə, kişi yalan danışmaz. Vergi borcunun nə qədər olduğunu isə deməyəcəyəm, bu, dövlət sirridir. Amma borcu ödədim". 


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliy...

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...