Monarxı öldürüb həyat yoldaşını... - Dünyanı şoka salan hadisənin TƏFƏRRÜATI  

Monarxı öldürüb həyat yoldaşını... - Dünyanı şoka salan hadisənin TƏFƏRRÜATI  

Nigeriyanın cənub-qərbində silahlı şəxslər monarxı güllələyib, həyat yoldaşını və əlavə bir nəfəri qaçırıblar.

 

Sfera.az xəbər verir ki, hadisə dünən gecə baş verib.

 

Belə ki, silahlılar istefada olan ordu generalı və ənənəvi hökmdar Sequn Aremunun (rəsmi adı ilə Koro Olukoro) sarayına basqın ediblər.

 

Silahlıların kim olduğu və bu əməli nə üçün törətdikləri bəlli deyil. Polis axtarışın davam etdiyini bildirib. 

 

Qeyd edək ki, qaçırılma hadisələri Nigeriyada ilk deyil. Prezident Bola Tinubu keçən may ayında vəzifəyə gələndən bəri 1800-dən çox adamın oğurlandığını bildirib.

 

Bəzi silahlı qruplar insanları qaçıraraq qarşılığında pul istəyirlər. Dövlət bu hadisələrdə vətəndaşların pul ödəmələrini qadağan etsə də, yaxınları qaçırılanlar məcbur qalaraq bu addımı atırlar.

 

Eyni zamanda, Nigeriyada konstitusiyada rolu olmayan, lakin icma həyatında hörmətli mövqe tutan yüzlərlə ənənəvi hökmdarlar yaşayır. Adi dillə desək, ənənəvi hökmdar bir etnik qrupun adət-ənənələrini, tarixini qoruyan və xalq tərəfindən təyin olunan şəxsdir. Onlar tez-tez yerli insanlar arasında mübahisələri həll etmək və mədəni fəaliyyətlərə rəhbərlik etmək üçün çağırılırlar. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...

Türkiyənin hava məkanında REKORD GÖSTƏRİCİ

İyulun 13-də Türkiyə üzərindən 1745 tranzit uçuş baş tutub ki, bu da indiyədək qeydə alınmış rekord göstəricidir.     Sfera.az xəbər verir...

Renat Dadaşovun yeni komandası bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.   Sfera.az xəbər verir ki, hücumçu Polşanın "Motor ...

Şəxsi məlumatları ələ keçirən dələduz həbs edildi - DİN

Vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs...