Firəngiz Mütəllimovanın ən böyük arzusu

Firəngiz Mütəllimovanın ən böyük arzusu

Xalq artisti Firəngiz Mütəllimova ən böyük arzusundan danışıb.

 

Sfera.az xəbər verir ki, o, bu barədə "AzərTac"a müsahibəsində açıqlayıb:

 

"Ən böyük arzum Şuşada səhnəyə çıxmaqdır. Biz “Qarabağnamə” tamaşası ilə Şuşaya getməli idik. Həmin vaxt şəhidlərimiz oldu və biz getmədik. Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşaya yerləşəndə əgər dəvət alaramsa, böyük məmnuniyyətlə gedərəm. Dəvət olmasa da, yəqin ki, Akademik Milli Dram Teatrının bir tamaşası ilə qala şəhərimizdə mütləq səhnəyə çıxacağam. Ən əsası odur ki, doğma, əziz Şuşam bu gün azaddır və mən heç orada səhnəyə çıxmasam da, Cıdır düzünə qalxıb hansısa tamaşadan bir monoloqumu deyə bilərəm. Özü də ürəklə..."


OXŞAR XƏBƏRLƏR