2050-ci ilə qədər xərçəng xəstələri 75% artacaq - ÜST

2050-ci ilə qədər xərçəng xəstələri 75% artacaq - ÜST

Qarşıdakı 25 il ərzində dünyada xərçəng xəstələrinin sayı 75%-dən çox artacaq. Ən böyük artımın aşağı gəlirli ölkələrdə olacağı proqnozlaşdırılır.
 

Sfera.az xəbər verir ki, ÜST 2050-ci ilə qədər xərçəng xəstələrinin 75% artacağını proqnozlaşdırır. Ekspertlərin fikrincə, aşağı gəlirli ölkələrdə xərçəngdən ölüm halları ikiqat ola bilər.
 

ÜST-nin xərçəngə nəzarət qolu olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin son məlumatları göstərir ki, 2012-ci ildə dünyada 14,1 milyon xərçəngə yoluxanlar, 8,2 milyon vəfat edənlər olmuşdusa, 2022-ci ildə 20 milyon yoluxma və 9,7 milyon ölümə faktı qeydə alınıb.
 

Agentlik 2050-ci ilə qədər 35 milyondan çox yeni yoluxmalar olacağını, rəqəmlərin 2022-ci ilə nisbətən 77% artacağı, ölüm hallarının isə 2012-ci ildən bəri təxminən iki dəfə artaraq, 18 milyondan çox olacağını proqnozlaşdırır. Həmçinin, aşağı gəlirli ölkələrdə xərçəngə yoluxma hallarının təxminən iki dəfə çox olacağı, daha inkişaf etmiş ölkələrdə isə xəstələnmə statistikasının proporsional şəkildə artacağı gözlənilir.


Xəstəliyin artmasının əsas amilləri tütün, alkoqol istifadəsi, artıq çəki, yaşlanma və əhalinin sürətli artımıdır.


Ağciyər xərçəngi dünyada ən çox diaqnoz qoyulan xərçəngdir və yeni halların 12,4%-ni və ölüm hallarının 18,7%-ni təşkil edir. Qadınlarda döş xərçəngi ikinci ən çox yayılmış xərçəng növüdür. Yoluxma hallarının 11,6%, ölümlərin isə təxminən 7%-dən azını təşkil edir. Digər aparıcı ölüm səbəblərinə qaraciyər və mədə xərçəngi daxildir.


Avropa Tibbi Onkologiya Cəmiyyətinin ictimai siyasət üzrə direktoru Dr Jean-Yves Blay, yeni xərçəng yoluxmalarının "sunami"sinin gözlənildiyini, buna görə də sürətli və qəti hərəkətə keçmək lazım gəldiyini bildirir. O, xüsusən də xərçəngə qarşı peyvəndlərin mütləq olduğunu vurğulayır.


Xatırladaq ki, Amerika Xərçəng Cəmiyyətinin son hesabatında 2024-cü il üçün proqnoz yer alıb. Təkcə ABŞ-da 2 milyondan çox yeni xərçəng yoluxması gözlənilir Bütün bu bədbinliklərə baxmayaraq, alimlər xərçəng müalicəsində yeni mərhələ və irəliləyiş əldə edəcəklərini də inamla bildirirlər. Alimlərin iddiasına görə, xərçəng hüceyrələri artıq immunitet sistemimiz tərəfindən tanınmağa başlayıb. 


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...