Medvedev: "Rusiya heç bir NATO ölkəsinə hücum etmək fikrində deyil"

Medvedev:

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, rəsmi Moskva Şimali Atlantika Alyansının heç bir ölkəsinə hücum etmək niyyətində deyil.


Sfera.az xəbər verir ki, bu barədə siyasətçi "VKontakte" səhifəsində yazıb.


Onun sözlərinə görə, bunu Qərbdə ağıllı insanlar anlayır. Buna görə də Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb ki, Qərb ölkələri Rusiya ilə "həddən artıq sərt oynasalar və Rusiyanın bütövlüyünə qəsd etsələr”, dərhal adekvat cavab alacaqlar.


Xatırladaq ki, yanvarın 30-da Medvedev Kuril adalarında yeni silahlar yerləşdirmək planlarını açıqlayıb. O qeyd edib ki, Rusiya Federasiyasında heç kim Yaponiya ilə sülh müqaviləsinin əleyhinə deyil, lakin Tokio bir sıra fundamental məsələləri, o cümlədən Rusiya hakimiyyətinin Kuril adalarının inkişafı ilə bağlı kursunu başa düşməlidir.


Siyasətçi diqqətə çatdırıb ki, Rusiya “80 il əvvəl olduğu kimi, düşmənlərinin əbədi olaraq yer üzündən yox olması üçün” hər şeyi edəcək.

Əzizə


OXŞAR XƏBƏRLƏR