Keyt Middlton əməliyyatdan sonra komaya girib? - ŞOK AÇIQLAMA

Keyt Middlton əməliyyatdan sonra komaya girib? - ŞOK AÇIQLAMA

İspaniya KİV-i Uels şahzadəsinin komada olduğunu açıqlayıb. Media Keyt Middltonun əməliyyyatdan sonra böyük təhlükə ilə üzləşdiyini yazıb.
 

Sfera.az xəbər verir ki, Bukingem Saray rəsmiləri İspan xəbər agentliklərinin Şahzadənin əməliyyatdan sonra komada olduğu iddiasına qəzəblənib.

Jurnalist Conchita Calleja (Konçita Kalleja) hətta həkimlərin Keytin həyatını xilas etməsi üçün əllərindən gələni etdiklərini açıqlayıb. Qeyd edək ki, bu açıqlama şahzadənin xəstəxanadan çıxmasından bir gün əvvəl verilib.
 

İspan televiziyasında kral mütəxəssisi olan Kalleja, həkim qrupunun hətta Uels şahzadəsini intubasiya etdiyini açıqlayıb.


Lakin ispaniyalılarının “Fiesta” xəbər kanalında səsləndirdiyi iddialar saray tərəfindən rədd edilib.
 

Xatırladaq ki, həm Uels şahzadəsi, həm də Kral Çarlz xəstəxanada üç gün qalıblar.


"Bu, tamamilə cəfəngiyyatdır. Bu jurnalist dediklərini yoxlamağa belə cəhd etməyib, kral ailə üzvlərindən heç biri ilə əlaqə saxlamayıb. Əslində, bu uydurmadır"-deyə Britaniyalı mənbə bildirib.
 

Qeyd edək ki, açıqlamaların verildiyi “Fiesta” kanalı 13 ildir İspaniyada ən çox baxılan kanaldır. Kanal normalda da dedi-qodu üslublu şou xəbərləri ilə tanınır. Əvvəllər Silvio Berluskoniyə məxsus bir İtalyan media şirkəti tərəfindən təsis edilib.
 

Bütün bunlara baxmayaraq, Uels şahzadəsi ilə bağlı iddialar tez bir zamanda viral olub. Hətta ölkədə ciddi saytlar da bu xəbərlərə istinad ediblər.


Kalleja Uels şahzadəsi haqqında kral məhkəməsi üzvləri sayəsində məlumat aldığını bildirsə də, saray bu məlumatı tamamilə təkzib edib.
 

Saray jurnalistin Keytin ilk dəfə dekabrın 28-də xəstəxanaya aparıldığı və orada bir neçə gün qaldığı barədə iddialarını qəti şəkildə təkzib edib.


Kral mənbələri Şahzadənin 14 gün əvvəl xəstəxanaya müraciət etdiyini, artıq özünü daha yaxşı hiss etdiyini və sağalıb evdən işləyəcəyini bildirib.
 

Kral Çarlz isə üç gecə müşahidə altında qaldıqdan sonra, bu gün Kraliça Kamillanın müşayiəti ilə London klinikasından evə buraxılıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR