Ovçu yaşlı kişini qunduz bilib güllələdi

Hadisə
17:53 / 02.02.2024
6124
Rusiyanın Tümen vilayətində ovçu təsadüfən yaşlı kişini heyvanla səhv salaraq güllələyib.
Sfera.az Lent.az-a istinadla bildirir ki, hadisə yanvarın 31-də Reşetnikovo kəndi yaxınlığındakı meşə zolağında baş verib. Məlumata görə, 47 yaşlı Tümen sakini gecə qunduz ovuna çıxıb, lakin o, qunduz əvəzinə 63 yaşlı yerli sakini güllələyib.
Qarnından yaralanan zərərçəkənin vəziyyəti ilə bağlı məlumat yoxdur.