Futbolçu Kloppu ələ saldı - “Hələ 30 il əziyyət çəkəcəksən” 

Futbolçu Kloppu ələ saldı - “Hələ 30 il əziyyət çəkəcəksən” 

“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevil, Yurgen Kloppu Mersisayd klubundan ayrılandan sonra ələ salıb.

 

Sfera.az bildirir ki, bunu “Liverpul”un keçmiş müdafiəçisi və Sky Sports eksperti Ceymi Karrager söyləyib.

 

Belə ki, Nevil, Kloppa xizək sürdüyü videonu göndərərək, mən istirahət edirəm, sən isə hələ 30 il əziyyət çəkəcəksən mesajını yazıb.

 

Xatırladaq ki, ötən həftə Yurgen Klopp mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını bildirib. O, 2015-ci il oktyabrın 8-dən İngiltərənin "Liverpul" klubunu çalışdırıb. Bu müddət ərzində Yurgen Klopp "qırmızılar"la 7 kubok qazanıb. Kloppun rəhbərliyi altında "Liverpul" Çempionlar Liqası, Premyer Liqa, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR