Bu xəstəlik yaddaş itkisi YARADIR: "Sürətlə artır" - AÇIQLAMA

Bu xəstəlik yaddaş itkisi YARADIR:

Xərçəng xəstəliyinin bəzi növlərində yaddaş itkisi yarana bilir. Ancaq bunun necə baş verdiyi indiyədək məlum deyildi.

 

Sfera.az xəbər verir ki, yeni bir araşdırmaya görə, bəzi şişlərin beyin hüceyrələrinə zərər vermək üçün immunitet sistemini stimullaşdıran virusa bənzər bir protein ifraz etdiyi müəyyən edilib.

 

“Yaddaş itkisi, davranış dəyişiklikləri və koordinasiya itkisi kimi simptomların sürətlə artması "anti-Ma2 paraneoplastik nevroloji sindrom"un bir hissəsi olaraq görülür. Tədqiqatçılar bildirirlər ki, bu nadir nevroloji xəstəlik xərçəngli hər 10 min insandan birində görülə bilər".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR