Təhdid, psixoloji şiddət, şantaj... - İntihara sürükləyənləri BU CƏZALAR gözləyir

Təhdid, psixoloji şiddət, şantaj... - İntihara sürükləyənləri BU CƏZALAR gözləyir

Təəssüf ki, zaman-zaman intihar xəbərlərində müəyyən artımlar müşahidə olunur. Kimisi öz seçimi, kimisi isə təzyiqlər, təhdidlər və ya başqa səbəblərdən bu yola əl atırlar. İntihara sürüklənənlərin adətən haqsızlıqla qarşılaşdıqlarına, yaxud psixoloji faktorlara görə faciəvi sonları olur.

 

Maraqlıdır, qanunvericiliklə şəxsi intihar həddinə çatdıranları hansı cəzalar gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bu barədə Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi var:

 

“Məcəllənin 125-ci maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Vəkil qeyd edib ki, bu cür cinayətlərə görə təqsirləndirilən şəxs qismində cəlb etmə prosesi olduqca mürəkkəbdir:

 

“Bir çox hallarda bu cinayət işləri üzrə məsuliyyətə cəlb etmək üçün yetərli mötəbər dəlillər olmur və ya dəlillər olsa da, məsuliyyətə cəlb etmək üçün kifayət etmir”.

 

T.Abdullazadənin sözlərinə görə, özünü öldürən şəxsə qarşı hədə, amansız rəftar kimi hərəkətlər real olmalıdır:

 

“Bunları təsdiq edən yetərli sübutlar yoxdursa, bu cinayət işləri üzrə icraata bir çox hallarda xitam verilir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

24 nəfərin yaralandığı qəza belə baş veribmiş- VİDEO

Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, hadisə zamanı sərnişin avtobusunun aşma...

Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində parakarate komitəsi yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə AKF-nin bu gün keçirilən ümumi y...

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...

“Sea Breeze”ə tramvay xətti çəkiləcək

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərini...

Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqay...

Azərbaycan birinci yarımfinalda çıxış edəcək

Azərbaycanın Avroviziyada çıxışı ilə bağlı detallar bəlli olub.   Sfera.az xəbər verir ki, İsveçrənin Bazel şəhərində baş tutan yarımfinal püşkatma m...