Laportadan Xavinin klubdan ayrılmasına REAKSİYA: ”O, buna layiq deyildi”

Laportadan Xavinin klubdan ayrılmasına REAKSİYA: ”O, buna layiq deyildi”

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Xavinin qovulmasına icazə vermədiyini bildirib.

 

Sfera.az bildirir ki, o, Xavinin buna layiq olmadığını söyləyib.

 

Xatırladaq ki, yanvarın 27-də Xavi “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. 44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrında "Barselona"ya rəhbərlik edib. Klub ispaniyalının rəhbərliyi altında İspaniya çempionatını (2022/2023) və İspaniya Superkubokunu (2022/2023) qazanıb. 22 turdan sonra "Barselona" La Liqada 47 xalla 4-cü pillədə qərarlaşıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR