Vaşinqtonla Moskva QARŞI-QARŞIYA: Nüvə müharibəsi qapıdadır

Vaşinqtonla Moskva QARŞI-QARŞIYA: Nüvə müharibəsi qapıdadır

ABŞ-nin nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi London-Moskva əlaqələrini daha da pisləşdirəcək.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyət Vaşinqtonun Avropada nüvə qüvvələri yaratmaq planından ciddi şəkildə narahatdır.

 

Şimali Koreyanın Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, sözügedən hadisə dünya sülhü və təhlükəsizliyi üçün böyük təhdiddir. Eyni zamanda, bu addım nüvə müharibəsinin real təhlükəsini artıracaq.

 

Qeyd edək ki, ABŞ son 15 ildə ilk dəfə olaraq Böyük Britaniyada nüvə silahı yerləşdirməyi planlaşdırır. Bu barədə “Daily Telegraph” qəzeti Pentaqonun sənədlərinə istinadən yazıb. Kütləvi qırğın silahları Britaniyanın Saffolkdakı Leykenhit aviabazasında olacaq.

 

ABŞ Müdafiə Nazirliyinin rəsmisi “Daily Telegraph”ın məlumatını nə təsdiqləyib, nə də təkzib etdib. Ötən ilin sentyabrında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova demişdi ki, Moskva ABŞ-nin nüvə silahlarının Britaniya ərazisinə qaytarılmasını eskalasiya kimi qiymətləndirəcək. Diplomatın fikrincə, sözügedən proseslər Moskvanı  cavab tədbirləri  görməyə vadar edir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bakıda villada güclü yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda villada güclü yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildir...

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyas...

Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.   Sfera.az xəbər verir ki, bu barədə Mirəli Süleymanov ...

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...