Əməkdar artist VƏSİYYƏT ETDİ: "Bir dənə araq çatmır..." + VİDEO

Əməkdar artist VƏSİYYƏT ETDİ:

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə açıqlaması ilə diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, “Gəl, danış” verilişində qonaq olan müğənni atasını kostyumda dəfn etdiklərini bildirib:

 

“Sağ ikən vəsiyyət etmişəm... Atam da sənət insanı olub. O, çox böyük sənətkar idi. Atam 32 il Dövlət Filarmoniyasında çalışıb. Onun üzərinə köynəyini, kostyumunu və qalstukunu geyindirdik və bu şəkildə dəfn etdik. Bəli! Molla mənə məsləhət verə bilər, amma əmr edə bilməz. Ailəmizin ağsaqqalı, atamı kostyumda dəfn ediblər”.

 

Məmmədov əlavə edib ki, dahi bəstəkar Üzeyir Hacıbəyovu da kostyumda dəfn ediblər: “Böyük xadimləri necə dəfn edirlər? Biz toyda peşman olarıq ki, bir dənə fonoqram oxuyaq. Səs ola bilər ki, xəstə olsun. Bəs molla necə olur ki, hər səhər saat 06:00-da, gündüz 13:00-da, axşam saat 20:00-da azanı fonoqramla oxuyur? Amma ona bir adam buna görə irad tutmur ki, qardaş, çıx mikrofonla, azanı canlı oxu. Türkiyədə azanı dinləyəndə insanın tükləri biz-biz olur, amma bizdə... Heç bilmirəm necə olur. Savadsızlıq və elmsizlik bizi bu günə salıb”.

 

O, həmkarı Nadir Qafarzadəninin bu mövzu ilə bağlı fikirlərini dəstəkləyib: “Çox düz deyib: “Mən öləndə heç kim dəfnə gəlməsin”. Yas yerinə mərhuma yaxın insanlar gəlməlidir. Əmioğlu, dayıoğlu, əmiqızı, əmioğlunun gəlməsinə gərək yoxdur. Tökülüşüb yasa gəlirlər. Həmin o yas yerində bir dənə araq çatmır, hamı yeyir-içir, noğuldan atır ağzına başlayır söhbətə ki, “Filan müğənnini kim saxlayır? Filan müğənni kimlə görüşür?”. Molla görür ki, yas xor akapellasına bənzəyir, orada öz iradını insanlara bildirir”. (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...