“Heyətimizi gücləndirməliyik, heç kim zədələrdən sığortalanmayıb” - "Barça"nın prezidenti

“Heyətimizi gücləndirməliyik, heç kim zədələrdən sığortalanmayıb” -

"Barselona"nın prezidenti Joan Laporta "Blauqrananın" bu mövsümdəki nəticələrindən danışıb.

 

Sfera.az bildirir ki, o, həmçinin komandanın siyahısını tamamlamaq üzərində işləməyə davam etdiyini qeyd edib:

 

“Heyətimiz indikindən daha yaxşı olmalıdır. Digər tərəfdən, heç kim zədələrdən sığortalanmayıb və onların ucbatından biz Ter Ştegeni, de Yonqu, Qavini itirdik. Amma istənilən halda komandamız turnir cədvəlinin liderindən 10 xal geri qalmamalıdır. Bu isə məni daha çox işləməyə vadar edir”.

 

Qeyd edək ki, bu mövsüm La Liqanın 22 turundan sonra "Barselona" 47 xalla dördüncü pillədə qərarlaşıb. Çempionata 57 xalla “Jirona” başçılıq edir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR