Keçmiş futbolçu güllələnərək öldürüldü: Hadisənin TƏFƏRRÜATLARI

Keçmiş futbolçu güllələnərək öldürüldü: Hadisənin TƏFƏRRÜATLARI

Boliviya millisinin keçmiş futbolçusu Serxio Jauregui meydançada güllələnib.

 

Sfera.az xarici mediya istinadən  xəbər verir ki, hadisə Meksikada həvəskarlar arasında yoldaşlıq oyunu zamanı baş verib. Belə ki, Jauregi "Atletiko San Luis Rey"də çıxış edib. Kuautlada keçirilən matç zamanı 38 yaşlı oyunçu su içmək üçün kənara çəkilib. Bu zaman naməlum şəxs onun yanında peyda olub və futbolçuya 6 dəfə atəş açıb. Cinayətkar motosikletlə hadisə yerindən qaçıb. Hadisə yerinə təcili yardım çağırılsa da, Jaureqinin həyatını xilas etmək mümkün olmayıb.

 

“Atletiko San Luis Rey” həvəskar klubu futbolçunun ailəsinə başsağlığı verib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

 

Jauregui karyerası ərzində Boliviyanın “Bluminq” və “San Xose” klublarında, həmçinin İsveçrədə “ Yverdon -Sport” komandasında çıxış edib. Boliviya millisində 13 oyun keçirib və 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.

 

2009-cu ildə Jauregui matç zamanı Oriente Petrolero-nun hücumçusu Leonardo Medinanın üzünə təpiklə vurduğuna görə 9 aylıq cəza alıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...