Dikdaban ayaqqabının hansı fəsadları var? - Həkim AÇIQLADI

Dikdaban ayaqqabının hansı fəsadları var? - Həkim AÇIQLADI

Qadınların çoxu gözəl görünmək üçün dikdaban ayaqqabılara üstünlük verirlər. Belə ayaqqabılarda özlərini daha cəsarətli və özgüvənli hiss edirlər. Lakin dikdaban ayaqqabılar, qadınların bədənində müəyyən narahatlıqlara səbəb olur. Məktəbli qızlar arasında da belə ayaqqabı geyinən şagirdlərin sayı az deyil.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan travmatoloq Yusif Mirzəyev bildirib ki, dikdaban ayaqqabılar bel ağrılarına və digər bir sıra problemlərə səbəb olur.

 

"Bəzi əzələlərin passiv olması nəticəsində fiziki görünüşdə də xoşagəlməz dəyişikliklər yaranır. Hündürdaban ayaqqabı geyinən zaman əsas ağırlıq ayağın pəncə hissəsinə düşür. Bu da oynaqlarda artroz xəstəliyinin yaranmasına səbəb olur. Bu xəstəlik ayaqlarda müəyyən şişliklərin yaranması və ağrılarla özünü biruzə verir. Yanlış ayaqqabı seçimi dırnağın ayağa batmasına və ayaq göbələyinə səbəb olur”.

 

Həkim bildirib ki, dikdaban ayaqqabı geyinən zaman ən çox gərilən nahiyə baldırlardır.

 

“İnsanlar gündəlik həyatda, altı qalın və düz ayaqqabılar geyinməyə üstünlük verməlidirlər. Daban hündürlüyünə görə təzyiq ayaq barmaqlarına qədər enir. Daimi təzyiq altında olmaq barmaqları zədələyir. Dikdaban ayaqqabılar zamanla ayaq damarlarının tıxanmasına səbəb ola bilər. Bu da varikozun yaranmasını sürətləndirir”.

 

Üllkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...