Aİ-nin qərarı ilə razılaşdı, amma..- Orbandan veto qoyduğu yardımla bağlı QALMAQALLI SÖZLƏR 

Aİ-nin qərarı ilə razılaşdı, amma..- Orbandan veto qoyduğu yardımla bağlı QALMAQALLI SÖZLƏR 

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Kiyevə yardım paketi barədə danışıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 50 milyard avroluq paketin Ukrayna ordusuna yönləndirilməsinə ehtiyac olmadığını deyib. Orban sözügedən yardımın ölkə iqtisadiyyatını dəstəkləmək üçün lazım olduğunu dilə gətirib.

 

“Haqqında danışdığımız bu 50 milyard avro orduya yönəlməyəcək, əksinə, müflis olan Ukrayna dövlətinin dağılmamasını təmin edəcək. Rəsmi Kiyev iqtisadiyyat baxımından çöküb”, - deyə baş nazir izah edib.

 

O əlavə edib ki, maddi yardım olmadan ukraynalılar pensiya və digər ödənişləri ala bilməyəcək.

 

Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramını təsdiqlədiyini açıqlamışdı. O bildirib ki, bu qərar assosiasiyada iştirak edən 27 ölkənin hamısı tərəfindən dəstəklənib. Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə Aİ tərəfindən verilən yardım paketinin ABŞ-nin Kiyevə dəstəyini əvəz edə bilməyəcəyini söyləyib. 

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR

Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.   Sfera.az xəbər verir ki, bu barədə Mirəli Süleymanov ...

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...