Qəzzada yeni atəşkəs? – MÜHÜM AÇIQLAMA

Qəzzada yeni atəşkəs? – MÜHÜM AÇIQLAMA

İsrail HƏMAS ilə Parisdə əldə olunan razılaşmanın şərtlərini təsdiqləyib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari məlumat verib. Diplomat vurğulayıb ki, hazırda tərəflər sazişin konsepsiyasını müzakirə edir, lakin müqavilənin detalları hələ razılaşdırılmayıb.

 

HƏMAS-ın siyasi bürosunun hazırkı sədri İsmayıl Haniyə bildirib ki, Paris razılaşmasında HƏMAS üçün önəmli məsələ hücumun dərhal dayandırılması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasıdır. Onun sözlərinə görə, hərəkat yalnız bu şərtləri nəzərdən keçirməyə hazırdır.

 

Qeyd edək ki, Parisdə Misir, İsrail, Qətər və ABŞ-nin iştirakı ilə aparılan danışıqlarda girovların azad edilməsi üçün ilkin təklif hazırlanıb. Birinci mərhələ hərbi əməliyyatlarda altı həftəlik fasilə tələb edir. Bu müddət ərzində HƏMAS-ın əlində olan hər bir mülki şəxs İsrail həbsxanalarında saxlanılan üç fələstinli ilə dəyişdiriləcək. Bu nisbət İsrail əsgərlərinin mübadiləsi üçün artırıla bilər. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...