Azərbaycanda gənclərin sayı AÇIQLANDI

Azərbaycanda gənclərin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin 2023-cü ilin ilk dövrünə görə 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir.

 

Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Qeyd olunub ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.

 

2022-ci ildə ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.


OXŞAR XƏBƏRLƏR