Neft Fondu dollar satışını artırıb – RƏSMİ

İqtisadiyyat
10:31 / 02.02.2024
3400
Azərbaycan Dövlət Neft Fondu 2024-cü ilin yanvar ayı ərzində 417 milyon dollar məbləğində vəsait satıb.
Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə Fondun satdığı valyutanın məbləği xeyli artıb.
Ötən ilin ilk ayında 188,5 milyon dollar məbləğində valyuta satılmışdı. Bu il valyuta satışının həcmi 228,5 milyon dollar artıb.
Vasif