Castin Timberleyk Britni Spirsin üzrünə cavab verdi

Castin Timberleyk Britni Spirsin üzrünə cavab verdi

Amerikalı müğənni və aktyor Castin Timberleyk keçmiş sevgilisi Britni Spirsin üzrxahlığına cavab verib.

 

Sfera.az bildirir ki, Britninin "İçimdəki qadın" kitabında ciddi açıqlamalar verdikdən sonra Castindən üzr istəməsi onu ələ salmış kimi görünüb.


Castin dünən Nyu-Yorkda səhnəyə çıxıb və burada "Cry Me a River" mahnısının ifası zamanı deyib:


"Mən də fürsətdən istifadə edib heç kimdən üzr istəmirəm".


Qeyd edək ki, “Cry Me a River” Timberleykin vaxtilə xəyanətdə ittiham etdiyi Britniyə qarşı diss kimi tanınır.


Qeyd edək ki, Britni son İnstaqram paylaşımında Castinlə münasibətinin təfərrüatlarını açıqladığı üçün təəssüfləndiyini bildirmişdi:


"Kitabımda yazdığım bəzi şeylərə görə üzr istəmək istəyirəm. Əgər həqiqətən dəyər verdiyim kimisə incitmişəmsə, çox üzr istəyirəm"- Britni deyib.


Spirs keçmiş sevgilisinin "Egoist" və "Sanctified" adlı yeni treklərini də yüksək qiymətləndirib.


Ulduz cütlük 2000-ci illərin əvvəllərində tanış olublar. 20 il sonra Britni öz xatirələrində keçmiş sevgilisinin xəyanətindən və müğənninin reputasiyasına xələl gətirən abortdan danışıb.

 

2023-cü ilin oktyabrında dərc olunan xatirələrində müğənni Castinin onu aborta məcbur etdiyini bildirib.


Britni, müğənninin onu aldatdığını da iddia edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...