Fransada fermerlər etirazları dayandırdı

Fransada fermerlər etirazları dayandırdı

Fransanın ən böyük fermer birlikləri hökumətdən bir sıra güzəştlər qazandıqdan sonra etirazları dayandırıb.
 


Sfera.az "The Telegraph"a istinadən xəbər verir ki, "FNSEA" və "Jeunes Agriculteurs" birliklərinə rəhbərlik edən Arnaud Gaillot və Arnaud Rousseau, "Şəbəkələrimizi blokadaları dayandırmağa və yeni bir səfərbərlik formasına başlamağa çağırırıq"-deyə açıqlama verib.


Rousseau əlavə edib ki, Fransanınbaş naziri Qabriel Attal əvvəlki “boş və natamam” cəhdlərindən sonra onların şikayətlərinin həllində “məqbul irəliləyiş” əldə edib.


Attal deyib ki, Fransa ərzaq məsələsində özünə güvənməli olması prinsipini qanunla təsbit etməklə və idxal nəzarətini gücləndirməklə, fermerlərini “cəngəllik qanunundan” qoruyacaq.


O, əlavə edib ki, hökumət Avropa Birliyi qanunlarının icazə verdiyi yerlərdə ətraf mühitin mühafizəsi qaydalarını yumşaldacaq, eyni zamanda fermerlərin bu qaydaları pozacağından qorxduğu Cənubi Amerika ölkələri ilə ticarət müqaviləsini istisna edəcək.


Xatırladaq ki, Fransa dörd gündür davam edən fermer etirazları ilə sarsılıb. Etirazçılar dünən Paris yaxınlığındakı Rungisdə beynəlxalq bazara daxil olarkən hökumətin qırmızı xətlərindən birini keçiblər.


İnci


OXŞAR XƏBƏRLƏR