"Qalatasaray" BU OYUNÇU ilə yollarını ayırır - FOTO

Trendyol Superliqasında "Fənərbağça" ilə çempionluq rəqabəti aparan "Qalatasaray", heyətində revizyona davam edir.

 

Sfera.az bildirir ki, klub daha bir ulduzla yollarını ayırmaq üzrədir. Belə ki, Sacha Boey və Ancelinodan sonra "Qalatasaray" Sedrik Bakambu ilə yollarını ayıracaq. Sarı-qırmızılı klub futbolçunun transferi ilə bağlı La Liqa təmsilçisi "Real Betis"lə şifahi razılığa gəlib. Bakambunun transfer qiyməti ilə birlikdə İspaniya klubuna keçidi yaxın vaxtlarda açıqlanacaq.

 

Qeyd edək ki, 2023-cü ilin yay transfer dövründə “Əl-Nəsr”dən transfer olunan Sedrik Bakambu sarı-qırmızılılar heyətində gözləntiləri doğrulda bilməyib. İlk 11-də oynamaq şansı tapmaqda çətinlik çəkən 32 yaşlı hücumçu "Qalatasaray"la ümumilikdə 16 matça çıxıb. Sözügedən 16 matçda Sedrik Bakambu iki qol vurub və bir məhsuldar ötürmə edib.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edi...

Zelenskidən atəşkəs qərarına REAKSİYA:

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski...

“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü - FOTO

Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.    Sfera.az xəbər verir ki, ...

Toydan 2 yaşlı uşağı oğurlayan şəxs saxlanıldı

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.   Sfera.az-ın məl...

Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratoru danışdı- VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub.    “Qafqa...

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlundan xəbər var.    Sfera.az-ın məlumatına görə, tikinti maqnatının oğlu Şahi...