Avropa ölkələri RAZILAŞDI: Kiyevə 54 milyard dollar ayrılacaq

Avropa ölkələri RAZILAŞDI: Kiyevə 54 milyard dollar ayrılacaq

Avropa İttifaqı (Aİ) Ukraynaya dəstək verməyə razılıq verib. 

 

Sfera.az xəbər verir ki, bir müddətdir gündəmdə olan Aİ-nin Ukraynaya dəstək paketi ilə bağlı üzvlər arasında razılıq əldə olunub.

 

Avropa Şurasının Prezidenti Şarl Mişel “X” sosial media platformasında verdiyi açıqlamada razılaşmanın təfərrüatlarını açıqlayıb. Mişel bildirib ki, Aİ-nin 27 üzvü Ukraynaya 50 milyard avroluq (54 milyard dollar) əlavə dəstək paketi barədə razılığa gəlib: “Bu, Ukrayna üçün sabit, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyələşdirməyə zəmanət verir". 

 

Aİ-nin iki diplomatı bu gün “Reuters” agentliyinə bildiriblər ki, əldə edilən razılaşma paketin hər il müzakirə edilməsini və lazım gələrsə, iki il ərzində ona yenidən baxılmasını ehtiva edir. 

 

Qeyd edək ki, yardımın ayrılması ilə bağlı daha əvvəl razılıq əldə edilə bilərdi. Amma Macarıstanın həftələrdir davam edən müqaviməti yardımın ayrılmasını ləngitdi. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Hava yağıntılı olub - FAKTİKİ HAVA

Yanvarın 16-sı saat 9:30-a olan məlumatına əsasən bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub.   Milli Hidrometeorologiya Xidm...

Dövlət Xidmətinin rəisi vətəndaşların problemlərini dinlədi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov yanvarın 15-də Sumqayıt şəhər baş idarəsinin inzibati binasında Sumq...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlara ustad dərsləri keçirildi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən “Gənclər Mə...

Britaniyanın Baş naziri Kiyevdədir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynanın paytaxtı Kiyevə səfər edib.   Sfera.az xəbər verir ki, səfər əvvəlcədən elan olunmayıb.  ...

Bakının bütün mikrorayonlarında su kəsiləcək - XƏBƏRDARLIQ!

Bakının 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - “Vorovski” ərazisində gün ərzində suyun verilməsind...

Fərid Osmanova yüksək vəzifə verildi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub. &n...