Azərbaycanda dollara - TƏLƏB ARTIB

Azərbaycanda dollara - TƏLƏB ARTIB

Azərbaycanda dollara tələb yüksəlib. 

 

Sfera.az xəbər verir ki, ötən ilin dekabrında tələbin yüksək olmasının səbəbi bilinsə də, ilin əvvəlində dollara yüksək tələbin dəqiq səbəbləri bilinmir. 

 

Bu ilin yanvarında Mərkəzi Bankda keçirilən valyuta hərraclarında 417,1 milyon dollar dəyərində valyuta satılıb. 2024-cü ilin yanvarında qeydə alınan satış məbləği ötən ilin birinci ayı ilə müqayisədə xeyli yüksəkdir. Ötən ilin ilk ayında 159,1 milyon dollar dəyərində valyuta satılmışdı. Müqayisə göstərir ki, bu ilin eyni ayında valyuta satışında 2,62 dəfə, yəni 258 milyon dollar artım qeydə alınıb. 

 

Bu dinamika fevralın ilk günündə keçirilən hərracda da müşahidə olunub. İlk hərracda banklar 78,7 milyon dollar alıblar. 

 

2024-cü ilin ilk aylarında tələbin artmasını manatla pul bazasının həcminin artması ilə əlaqələndirmək olar. Ötən ilin dekabrında Mərkəzi Bankın böyük həcmdə xarici valyuta alması ilə əlaqədar pul bazasının həcmi 18,33 milyard manatdan 20,875 milyard manata yüksəlib. Dövriyyəyə daha çox manatın buraxılması dollara olan tələbi artıra bilər. Yəqin ki, qarşıdakı aylarda müxtəlif tədbirlərlə Mərkəzi Bank dövriyyədə olan əlavə manatı yığacaq. Bu halda, dollara tələbin necə dəyişəcəyini də müşahidə edə biləcəyik.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR