Murad Musayev “Sabah”dan buna görə ayrıldı: "İşlədiyi müddətdə..."

Murad Musayev “Sabah”dan buna görə ayrıldı:

Sportlife.az saytının baş redaktoru Mirələm Həsənli Murad Musayevin “Sabah”ın baş məşqçi postundan istefa verməsinin səbəblərini açıqlayıb.

 

Sfera.az bildirir ki, o, mütəxəssisin klub rəhbərliyi ilə münaqişəsi olduğunu söyləyib:

 

“Əslində Murad Musayevin getməsi mənim üçün sürpriz olmadı, çünki onun üçün klubda problemlərlə dolu zəmin hazırlanırdı. Baş məşqçinin getməsinin “Sabah” üçün zərərli olacağını düşünürəm. Çünki o, işlədiyi müddətdə klubu “zirzəmidən” Avropaya qaldıra bildi”.

 

Qeyd edək ki, mətbuatda Murad Musayevin klubu öz istəyi ilə tərk etdiyi dərc olunub.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR