Avropadan Türkiyə ilə bağlı QADAĞA: 2026-cı ilə qədər...

Avropadan Türkiyə ilə bağlı QADAĞA: 2026-cı ilə qədər...

Avropa Komissiyası Türkiyədən istridiyə və midya kimi ikiqapaqlı molyuskların idxalına qoyulan məhdudiyyətləri uzatmaq qərarına gəlib.

 

Sfera.az xəbər verir ki, qərar 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq. 

 

Avropa Komissiyası bu qərarını canlı və soyudulmuş ikiqapaqlı molyuskların saxlanma müddətinin qısa olması ilə əlaqələndirib.

 

Qərarda bildirilir ki, saxlanma müddətinin qısa olması adıçəkilən dəniz məhsullarının sərhəddə sınaqdan keçirilməsini çətinləşdirir. Bu səbəbdən həmin məhsulların keyfiyyəti pisləşir. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR