Millət vəkili həmkarlarına İRAD TUTDU: “Gedib ora bir baş çəksinlər”
Siyasət
13:07 / 01.02.2024
5353
“Həmkarlar elə danışdı ki, sanki heç bir yoxlanış aparılmır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Mirkişili “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Azərbaycanda qida institutu var, gedib ora bir baş çəksinlər. Elə danışdılar ki, guya hökumət elə insanları zəhərləməklə məşğuldur”.
T.Mirkişili bəzi məhsulların qeyri-qanuni yolla gətirildiyini də etiraf edib:
“Ancaq hər hansı qida insan sağlamlığına zərər vurursa, qadağan olunur. Azərbaycanda bunun üçün çoxlu labalotariyalar var”.
Firuzə Əliyeva