"Hamıda var, bizdə də olsun deyə kor-koranə iş görülmür" - Deputatdan qoyulan qadağalara SƏRT REAKSİYA
“Bu işləri görənlər ictimaiyyətə cavab verməlidir”.
Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 1 fevral 2024-cü il tarixli iclasında deputat Hikmət Məmmədov “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Azərbaycanda bəzi yollarda sürət həddi azaldıldı. Məsələn, hava limanı yolunda sürət həddi azaldıldı, Bakı-Sumqayıt yolunda avtobus üçün yeni zolaq çəkildi. Nəticədə, yanacaq sərfiyyatı çoxalıb, tıxaclar artıb. Nə avtobuslar, nə də şəxsi avtomobildən istifadə edənlər vaxtında ünvanına çata bilmir. Velosiped zolaqları çəkirik. Lakin bu da əlverişli deyil, vətəndaşların təhlükəsiziliyi təmin olunmur. Biz bunu etməklə nəyə nail olduq? Bu qadağaları kim qoyursa, kim məşğul olursa, zəhmət çəkib ictimaiyyətə hesabat versin ki, sürət həddi azaldıqdan sonra qəzalar nə qədər azaldı, nə əldə etdik. Vətəndaşların təhlükəsizliyinə çalışırıqsa, bu da deyil. Nəyə nail olmaq istədiyimiz bəlli deyil. Hamıda var, bizdə də olsun deyə kor-koranə iş görülmür. Bu qanun layihəsinə səs verəcəm, amma gələcək üçün bizə yeni infrastruktur lazımdır”.
Firuzə Əliyeva