Parklanma xidmətində güzəştlər edilməlidir - TƏKLİF
“"Azparking” üçün yeni güzəştlər tətbiq olunsun”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Vaxtilə əyninə sarı jilet geyinib, əlinə bir çubuq alanlar fəaliyyət göstərirdi. Hazırda ölkəmizdə “Azparking” sistemi var. Sistem öz müsbət nəticələrini verir. Bəzi kateqoriyalar bu siyahıda güzəştə malikdir. Belə ki, öz yaşayış yerinin yanında vətəndaşlar avtomobillərini ödənişsiz parkinq edə bilirlər”.
Millət vəkili bildirib ki, vətəndaşlar sözügedən güzəştlərə digər kateqoriyaların da əlavə edilməsini istəyirlər:
“İşdə 8 saat olan insanlar avtomobilini də orada saxlayır. Bu müddəti hesablayanda kifayət qədər pula gəlib çıxır. Digər müraciət isə ali məktəblərin müəllimləri və tələbələridir. Yaxşı olardı ki, onların da tələbləri nəzərə alınsın”.
Firuzə Əliyeva