"Biz də, bu mərhələyə gəlib çıxacağıq" - Deputat alternativ hərbi xidmətdən DANIŞDI

“Ən məqsədəuyğun olanı müqavilə ilə olan alternativ hərbi xidmətdir”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 1 fevral 2024-cü il tarixli iclasında deputat Siyavuş Novruzov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Dünyada 3 xidmət növü var. Ordumuzun bir hissəsi artıq müqavilə formasına keçib. Təsərrüfat və digər işlər mülki şəxslərin tərəfindən həyata keçirilir. Bu cəhətdən də əsgərlərin işi asanlaşır. Elə tanklar var ki, onu öyrənmək üçün 1 il lazımdır. Müqavilə xidmət növü Türkiyədə tətbiq olunan və bu yaxınlarda Ermənistanda da təklif edilən xidmətdir. Tədricən biz də, bu mərhələyə gəlib çıxacağıq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR